B. ertəsi – Şənbə: 09:00 – 18:00
+994 50 215 08 75
sosialinkishaf@gmail.com

LƏNKƏRAN GƏNCLƏR MƏRKƏZİ

LAYİHƏ TƏSVİRİ

Lənkəran şəhərində 2012-ci ildə qeyri-adi görünüşə malik Gənclər Mərkəzinin layihəsi təqdim olunmuşdur. Mərkəzin daxilində inzibati otaqlar, internet kafelər, masaüstü oyun otaqları, bilyard otağı, konfrans zalı, kafe, sərgi salonu və kitabxana təqdim olunmuşdur.
Binanın ümumi sahəsi 591.1 kv. metrdir, iki mərtəbədən ibarətdir.

Read more

TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ ƏVVƏLKİ BİNASI

LAYİHƏ TƏSVİRİ

Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının inzibati binası 2015-ci ildə layihələnmişdir.

Bina 9 mərtəbə yer üstü və zirzəmili həll edilib. Bünövrə və binanın karkası monolit dəmir-beton konstruksiyadan, əsas divarlar mişarlanmış əhəng daşından, arakəsmələr 10 sm kərpicdən, örtüklər və riqellər monolit dəmir-betondan, dam örtüyü yastı yumşaq ruberoidlə layihələndirilmişdir. Binanın üz fasadı istilik və nəmdən qoruyucu qatın üstündən xüsusi alüminium profillərdən keromoqranit panelləri ilə güzgülü şüşə vitrajla kombinə edilir, binanın kürsü hissəsi qranit daşı ilə üzlənir.
Binanın ümumi sahəsi 8988,7 kvadrat metrdir.

İnzibati bina dövlət norma və standartlarına uyğun olaraq işlənilmişdir. Sifarişçinin tələblərinə uyğun olaraq xidməti sahələr, istirahət zonaları, operator otaqları, nümayiş üçün guşələr, həmçinin iclas zalları, xüsusi dövlət mühafizə otağı, polis otağı, yeməkxana sahəsi, rəhbər və şöbə müdirlərinin otaqları, kitabxana, arxiv və s. otaqlar layihələnmişdir.

Read more

QUSAR RAYON İCRA HAKİMİYYƏTİ

LAYİHƏ TƏSVİRİ

Qusar Rayon İcra Hakimiyyətinin 2014-cü ildə layihələnmiş binası zirzəmi və 3 mərtəbədən ibarətdir. Ümumi sahəsi bina üzrə 2650 kv. metrdir. Daxilində soyunub-geyinmə otağı, trenajor zalı, sürücü otağı, xadimə otağı, istirahət otağı, akt zalı, məsləhətçi otaqları nəzərə alınmışdır. Həmçinin, tələblərə uyğun olmaqla mətbəx, yemək zalı, icra başçısının otağı, müavin otağı və s. iş otaqları layihədə öz əksini tapmışdır. Fasadı layihə tapşırığına əsasən, aqlay daşından verilmişdir.

Read more

QAX RAYON TƏHSİL ŞÖBƏSİ

LAYİHƏ TƏSVİRİ
2011-ci ildə tikintisi layihələnidirilən Qax Rayon Təhsil şöbəsinin ümumi sahəsi 1174,3 kvadrat metrdir. İnzibati bina 2 mərtəbədən ibarətdir. Bütövrə və binanın karkası monolit dəmir – beton konstruksiyadan, əsas divarlar mişarlanmış əhəng daşından, arakəsmələr kərpicdən, örtükər və riqellər monolit dəmir–betondan, dam örtüyü çatı konstruksiya üzrə metalkirəmitdən layihələndirilmişdir.
Binanın üz fasadı dekorativ çay daşı, eyvan və əsas giriş çıxıntıları suvanıb, boyanır, kürsü və üsr karniz gülbağ daşı ilə kombinə edilib.

Təhsil Şöbəsinin binasının layihələndirilməsində normalara uyğun memarlıq həlləri öz əksini tapmışdır. Belə ki, işçilər üçün böyük yeməkxana, adam sayından asılı olaraq iclas zalı, müdir və müavinlər üçün iş otaqları, metodist, həmkarlar və mühasibatlıq otaqları verilmişdir.

Read more

AĞCABƏDİ RAYON AVTOVAĞZALI

LAYİHƏ TƏSVİRİ

Sərnişinlərə göstərilən xidmət səviyyəsini artırmaq üçün Ağcabədi rayonunda yeni avtovağzal kompleksi təqdim olundu. Ərazidə əlavə olaraq kafe binası, taksi dayanacağı, tranzit marşrut dayanacağı və avtoparklanma sahəsi layihələnmişdir.

Read more

FÜZULİ RAYON İDMAN KOMPLEKSİ

LAYİHƏ TƏSVİRİ

2015-ci ildə Füzuli rayonunda idman kompleksi işçi qaydada tərtib olunmuşdur.
Sahədə idman kompeksi binası, futbol, basketbol və voleybol meydanları təqdim olunmuşdur. Əlavə olaraq sahənin ətrafında yaşıllaşdırma işləri də görülmüşdür.
Kompleksdə üzgüçülük hovuzu, soyunub-geyinmə otaqları, sanitar qovşaqları, iş otaqları, inventar otağı, trenajor zalı, tədris otağı da layihələnmişdir. Fasadlar aqlaydan nəzərdə tutulmuşdur.

Read more