2011-ci ildə tikintisi layihələnidirilən Qax Rayon Təhsil şöbəsinin ümumi sahəsi 1174,3 kvadrat metrdir. İnzibati bina 2 mərtəbədən ibarətdir. Bütövrə və binanın karkası monolit dəmir – beton konstruksiyadan, əsas divarlar mişarlanmış əhəng daşından, arakəsmələr kərpicdən, örtükər və riqellər monolit dəmir–betondan, dam örtüyü çatı konstruksiya üzrə metalkirəmitdən layihələndirilmişdir.
Binanın üz fasadı dekorativ çay daşı, eyvan və əsas giriş çıxıntıları suvanıb, boyanır, kürsü və üsr karniz gülbağ daşı ilə kombinə edilib.
Təhsil Şöbəsinin binasının layihələndirilməsində normalara uyğun memarlıq həlləri öz əksini tapmışdır. Belə ki, işçilər üçün böyük yeməkxana, adam sayından asılı olaraq iclas zalı, müdir və müavinlər üçün iş otaqları, metodist, həmkarlar və mühasibatlıq otaqları verilmişdir.