B. ertəsi – Şənbə: 09:00 – 18:00
+994 50 215 08 75
sosialinkishaf@gmail.com

TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ ƏVVƏLKİ BİNASI

LAYİHƏ TƏSVİRİ

Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının inzibati binası 2015-ci ildə layihələnmişdir.

Bina 9 mərtəbə yer üstü və zirzəmili həll edilib. Bünövrə və binanın karkası monolit dəmir-beton konstruksiyadan, əsas divarlar mişarlanmış əhəng daşından, arakəsmələr 10 sm kərpicdən, örtüklər və riqellər monolit dəmir-betondan, dam örtüyü yastı yumşaq ruberoidlə layihələndirilmişdir. Binanın üz fasadı istilik və nəmdən qoruyucu qatın üstündən xüsusi alüminium profillərdən keromoqranit panelləri ilə güzgülü şüşə vitrajla kombinə edilir, binanın kürsü hissəsi qranit daşı ilə üzlənir.
Binanın ümumi sahəsi 8988,7 kvadrat metrdir.

İnzibati bina dövlət norma və standartlarına uyğun olaraq işlənilmişdir. Sifarişçinin tələblərinə uyğun olaraq xidməti sahələr, istirahət zonaları, operator otaqları, nümayiş üçün guşələr, həmçinin iclas zalları, xüsusi dövlət mühafizə otağı, polis otağı, yeməkxana sahəsi, rəhbər və şöbə müdirlərinin otaqları, kitabxana, arxiv və s. otaqlar layihələnmişdir.