2014-cü ildə Lənkəran şəhərində layihəsi verilən Hərbi Prokurorluq binasının ümumi sahəsi 2281.02 kv metrdir. Zirzəmi və 3 mərtəbədən ibarətdir. Binanın daxilində dindirmə və tanıtma otaqları, personal və soyunub-geyinmə otaqları, trenajor zalı, kiçik və böyük yemək zalları, texniki otaqlar, müstəntiq və prokuror otaqları, kitabxana, növbətçi sahələr, kriminalistik laboratoriya, arxiv, akt zalı, dəftərxana, dövlət ittihamçısının otaqları və s. iş otaqları verilmişdir. Fasad həlli olaraq aqlay və keromoqranit daşdan istifadə olunmuşdur.