2014-cu ildə Yardımlı rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinin layihəsi həyata keçirilmişdir.Normalara uyğun olaraq daxilində mühafizə otağı, memarlıq və tikinti şöbəsi, ictimai,siyasi və humanitar məsələlər şöbəsi, yeməkxana, mətbəx, iş otaqları, müdir və müavin otaqları, kitabxana, akt və konfrans zalları, başçı otaqları verilmişdir.Bina 3 mərtəbəli həll edilib. Bünövrə və binanın karkası monolit dəmir – beton konstruksiyadan, əsas divar və arakəsmələr mişarlanmış əhəng daşından, 10 sm arakəsmələr kərpicdən, dam örtüyü çatı konstruksiya üzrə metalkirəmitdən layihələndirilmişdir.Binanın üz fasadı, künclər, pəncərə ətrafı, kürsü və üst karniz “aqlay” üzlük daşı ilə üzlənir.