Zaqatala rayonunda 2016-ci ildə layihələnmiş Məhkəmə binası zirzəmi və 3 mərtəbədən ibarətdir. Zirzəmi mərtəbəsində qaraj, arxiv otaqları, texniki otaqlar və məhbusların saxlanılması üçün kamera otaqları verilmişdir. Fasad həlli olaraq kabançik üzlük daşından, aqlay daşından və aqlay elementlərindən istifadə olunmuşdur. Daxilində memarlıq həlli olaraq məhkəmə zalı, şahid otağı, hakim otaqları, iclas zalı, iş otaqları, sədr otaqları verilmişdir. Binanın ümumi sahəsi 2175.96 kv.metrdir.