B. ertəsi – Şənbə: 09:00 – 18:00
+994 50 215 08 75
sosialinkishaf@gmail.com

ŞAMAXI ŞƏHƏRİ 2 SAYLI TAM ORTA MƏKTƏB

LAYİHƏ TƏSVİRİ

2019-cu ildə Şamaxı şəhərində məktəb binasının sökülərək yenidən tikintisi layihələnmişdir.
Məktəb binası mürəkkəb formaya malik olub 4 mərtəbəli tədris və 1 mərtəbəli idman korpuslarından ibarət layihələndirilmişdir.
Bina texniki zirzəmisi ilə layihələndirilmişdir.
Məktəb binası 960 şagird təhsil alan ibtiadi və yuxarı siniflər üçün nəzərdə tutulmuşdur.
Binanın A, D korpusları tədris məqsədi ilə B korpusu akt zalı, I korpusu isə idman zalı üçün layihələndirilmişdir. Binanın ölçüləri 78.90×45.80 m2 mərtəbə hündürlüyü 3.30 m təşkil edir.
Məktəbin tərkibində siniflər, müəllim otağı, qəbuk otağı, direktorun kabineti, kabinetlər, laboratoriyalar, muzey guşəsi, kitabxana, yeməkxana, idman zalı, holl layihələndirilmişdir.
Binanın geniş girişi, çardaq tipli damı, kürsüsü, pəncərələrin haşiyələri, binanın fasadlarına plastik gətirməklə, onun memarlığını daha da zənginləşdirir.
Binanın fasadı sement-qum məhlulu ilə suvanıb, suya davamlı boya ilə boyanır, şərqin memarlıq üslubuna uyğun olaraq fasadın bəzi hissələri dekorativ kabançiklə üzlənir.
Kürsü hissəsi metal tor üzrə “aqlay” üzlük daşı ilə üzlənir. Binanın damı tədris korpuslarında taxta çatı konstruksiya üzrə metal-kirəmit vərəqlərlə örtülür, akt və idman zalları metal fermalar üzrə sendviç panellərlə örtülür.