Laçın şəhərində yerləşən ümumi sahəsi 3291, 60 m2 olan 2 nömrəli tam orta məktəbin əsaslı təmiri və bərpasının layihəsi 2023-cü ildə həyata keçirilmişdir. 300 şagird yerlik olan məktəb binası işçi qaydada tərtib edilmişdir. Məktəb binası şəhərin infrastrukturuna uyğun müasir dizaynla özünəməxsus fasad görünüşünə malikdir. Həmçinin şəhərin təbiətindən ilhamlanaraq fasadda taxta və keromoqranit elementlərindən istifadə olunmuşdur. Bina 300 şagird yerlik olmaqla, 3 mərtəbədən ibarətdir. Məktəb binasının layihələndirilməsində normalara uyğun sinif otaqları, xarici dil otaqları, informatika kabinetləri, laboratoriya otaqları, psixoloq və həkim otaqları verilmişdir. Əlavə olaraq şagird sayına əsasən akt zalı, idman zalı, yeməkxana və kitabxana sahələri hesablanıb verilmişdir.