2016-cı ildə Bakı şəhəri, Səbayıl rayonu, Salyan şossesində 0.12 hektar torpaq sahəsində ofis binası və anbarın layihəsi təqdim olunmuşdur. Ofis binası 3 mərtəbədən ibarətdir. Bina üzrə laboratoriya, mühəndislər üçün otaq, texniki kabinetlər, mühasibat, hüquqşunas və iş otaqları, mətbəx, ərzaq və tərəvəz otaqları, yemək zalı , müdir otağı, kiçik və böyük iclas zalları layihələnmişdir.