B. ertəsi – Şənbə: 09:00 – 18:00
+994 50 215 08 75
sosialinkishaf@gmail.com

Astara orta məktəb

LAYİHƏ TƏSVİRİ

2015-ci ildə Astara şəhərində 2 saylı məktəbin təmir-bərpa işləri həyata keçirilmişdir. Məktəb binasının xarici və daxili divarları 400  sm-lik mişar daşından, arakəsmələr 200 sm-lik mişar daşından və 10 sm-lik qipsalitdən hörülmüşdür. Uzun müddət istismarda olan məktəb binasının əsaslı təmirə ehtiyacı var. Belə ki, binanın taxta döşəməsi,  tavanı yararsız vəziyyətə düşmüşdür. Taxtadan düzəldilib qoyulmuş qapılar və pəncərələr çürümüş və yararsız hala düşmüşdür. Məktəb binasının daxili divarlarının suvağı tamamilə qopub tökülmüşdür. Binanın fasadı эцлбаь üzlük daşı ilə üzlənib, qopub-dağıldığı üçün qoparılıb ümumi fasad “Şurşavik” tipli suvanıb, suya davamlı silikonlu boya ilə rənglənir. Binanın kürsü hissəsində bütün kommunikasiya xətləri tam yenilənir.

Binanın istilik-elektrik sisteminin, su,  kanalizasiya təchizatının yenidən

bərpa olunması əsas şərtlərdən biridir.

Məktəb binasının döşəməsinə tipindən asılı olaraq– otaqlara 32 mm-dik taxta, dəhliz,  foye, əsas giriş pilləkənləri sürüşməyən mərmərlə üzlənməlidir. Tavanlara tipindən asılı olaraq boya və lambir vurulması vacibdir. Qipsalit arakəsmələrin sökülüb yenidən 10 sm-lik kərpiclə tikilməsi məqsədəuyğundur.

Daxili divarlar qaşınıb təmizləndikdən sonra suvanır,  emulasiya ilə rənglənir. Pəncərələr ПВЪ  plastik materialdan, otaqların qapıları isə “Avropa” tipli qapılarından olması nəzərdə tutulmuşdur.

Pəncərə altlıqları plastikdən qoyulmuşdur.

Məktəbin dam çardağı dalğavari asbest vərəqə ilə örtülüb, tamamilə yararsız vəziyyətdə olduğu üçün yararsız vəziyyətə düşmüş və янятиъядя otaqlara su axaraq divarlar nəm hala gəlmişdir. Buna görə də dam örtüyünün yenidən qurulması məqsədəuyğundur. Dam çardağı qurularaq üzəri metal-kirəmit lövhələrlə örtülür.